AZ

XİN rəhbərinin müavini 22-ci Beynəlxalq Doha Forumunda iştirak etdi

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 7-8 dekabr tarixlərində Qətərdə səfərdə olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir müavini 22-ci Beynəlxalq Doha Forumunda iştirak edib.

Forum çərçivəsində F.Rzayev “Mərkəzi Asiya və Qlobal enerji təhlükəsizliyinin yeni erasi” adlı panel sessiyasında iştirak edib.

“Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin təşəbbüskarı olduğu enerji və nəqliyyat layihələri və onların regionun inkişafı və təhlükəsizliyinə verdiyi töhvələr, ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasətinə toxunub.

Eyni zamanda, səfər çərçivəsində F.Rzayevin iştirakı ilə Qətər Universiteti nəzdindəki Körfəz Araşdırmalar Mərkəzində “Azərbaycanın xarici siyasəti” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə F.Rzayev ölkəmizin yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanın COP29-a uğurlu sədrliyi və bu istiqamətdə qəbul edilmiş qərarlara dair çoxsaylı sualları cavablandırıb.


Müəllif: Ceyhun Ağazadə
Seçilən
9
5
teleqraf.com

10Mənbələr