AZ

Əsədlə bağlı qərarı Putin şəxsən veribmiş

Suriyada silahlı müxalifət rejimi devirdikdən sonra Prezident Bəşər Əsəd ailəsi ilə birlikdə Moskvaya qaçıb. 

Kremlin Əsədlə bağlı verdiyi açıqlamada ona siyasi sığınacaq verilməsi ilə bağlı qərarı Vladimir Putinin özü verdiyi bildirilib.

Xəbər verilir ki, noyabrın 27-də müxalifətin başlatdığı əməliyyat 12 gün ərzində Əsədi kreslosundan uzaqlaşdırıb. Silahlı müxalifət kritik şəhərləri bir-bir ələ keçirərək, nəhayət paytaxt Dəməşqə çatıb. Qısa müddətdə Dəməşqi ələ keçirən müxalifət 61 illik Baas rejimini devirib. 

Ailəsi ilə birlikdə Moskvaya çatan Əsədə Rusiya sığınacaq təklif edib.

Putin şəxsən sığınacaq verib

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bəşər Əsədə siyasi sığınacaq verilməsi qərarını Vladimir Putin şəxsən verib:

“Suriyada baş verənlər təkcə Rusiyanı deyil, bütün dünyanı təəccübləndirdi”. 

Peskov açıqlamasında Putinin rəsmi proqramında Əsədlə görüşün nəzərdə tutulmadığını da bildirib. 

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 7-dək qruplar Hələb, İdlib, Həma və Homs kimi ən böyük əyalətlərdə üstünlük əldə ediblər. Dekabrın 7-də paytaxt Dəməşqə girməyə başlayan qruplar qısa zamanda üstünlük qazanıblar. Proses Baas Partiyasının 61 illik hakimiyyətinin sona çatması ilə nəticələniv və lider Bəşər Əsəd paytaxtdan qaçıb. Suriya Milli Ordusu da Türkiyə sərhədi yaxınlığında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Tel Rıfatı azad etdikdən sonra üzünü Mənbicdə məskunlaşan terrorçulara tərəf dönüb. 

Əsədin qoşunları geri çəkildiyi zaman kürd terrorçular Mənbic rayonunu ələ keçirmişdi. Qısa zamanda Azad Suriy Ordusu bölgəni bütünlüklə nəzarətə götürdüyün açqılayıb. Fərat çayının qərbindəki ən böyük terror yuvasının təmizləndiyi açıqlanıb.

Xəzər


Seçilən
10
1
azia.az

2Mənbələr