"Qalatasaray" klubunun ulduz futbolçusu Barış Alper Yılmaz "Sivasspor"la görüşdə (3:2) ciddi zədə alıb.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ayağından ciddi zədə aldığı üçün minimum dörd həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Sivasspor"un futbolçusu Rey Manay görüş başa çatdıqdan sonra şəxsi sosial şəbəkə hesabından paylaşım edərək Barış Alper Yılmazdan üzr istəyib.
Mənbə: oxu.az