AZ

Kreml: Əsədə sığınacaq verilməsi barədə qərarı Putin verib

Suriyanın sabiq Prezidenti Bəşər Əsəd və ailəsinə siyasi sığınacaq verilməsi barədə qərarı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin verib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib.

“Əsədin harada olması barədə heç nə deyə bilmərik. Dövlət başçısının iştirakı olmadan belə qərarlar qəbul edilə bilməz. Bu, onun qərarıdır. Bu halda mən heç nə deyə bilmərəm”, - deyə o qeyd edib.

Putinin Əsədlə görüşüb-görülməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov qeyd edib ki, Rusiya Federasiyası Prezidentinin rəsmi cədvəlində belə bir görüş yoxdur.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi, həmçinin qeyd edib ki, “Astana formatı”nda iştirakçılar Suriya məsələsi üzrə məsləhətləşmələri davam etdirəcəklər. “Astana formatı”nın məqsədi aktuallığını itirib. Digər tərəfdən, bu ölkələr arasında fikir mübadiləsi və siyasi məsləhətləşmələr mexanizmi həmişə aktualdır. Məsləhətləşmələr bu və ya digər formada davam edəcək”, - deyə Kreml nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Rusiya Suriya ilə bağlı Türkiyə və digər region ölkələri ilə dialoq aparır. “Biz Ankara və digər regional dövlətlərlə, o cümlədən Suriya məsələsində dialoq aparırıq.

Seçilən
6
50
xezerxeber.az

10Mənbələr