AZ

Korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul elan olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi həyata keçirilən ümumi təhsil müəssisələrində korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul üzrə vakansiya elan olunur.

BŞTİ-dən AzEdu.az-a bildirilib ki, korreksiyaedici pedaqoq vəzifəsinə işə qəbul müsabiqəsində (sentyabrın 11-24-dək keçirilmiş) uğur qazanmış, müsahibə balı 2 və daha çox olan namizədlər yeni vakant yerlər üçün ehtiyat kadr siyahısına daxil ediləcək. 

Müvafiq bal toplayan namizədlərin ehtiyat kadr siyahısına daxil edilməsi barədə məlumat onların əlaqə telefonlarına SMS vasitəsilə göndəriləcək.

Seçilən
6
3
azedu.az

4Mənbələr