Ukrayna prezidenti Vladimir Zelenski Parisdə fransalı həmkarı Emmanuel Makron və ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla görüşündə müharibənin dayandırılmasını müzakirə etdiyini bildirib.
Oxu24.com xəbər verir ki,bu barədə NV nəşri məlumat yayıb.
“Əgər aramızdadırsa, deməli bu barədə danışmışıq. Dedim ki, biz dünyada hamıdan çox müharibənin bitməsini istəyirik. Və təbii ki, müharibənin diplomatik yolla sona çatması daha çox insanın həyatını xilas edəcək”, - deyə Zelenski bildirib.
“Ancaq mən həm prezident Makrona, həm də prezident Trampa xəbərdarlıq etdim: görəcəksiniz ki, Putin bu müharibənin bitməsini istəmir, ona görə də onu məcbur etmək lazımdır”.
Ukrayna dövlət başçısının sözlərinə görə, bu, yalnız “Ukrayna güclü olarsa” mümkündür. Söhbət Qərbin dəstəyindən, o cümlədən silahların və uzaq mənzilli sistemlərin tədarükündən gedir.
Zelenski, Tramp və Makron arasında görüş dekabrın 7-də baş tutub. Axios mənbələrə istinadən bunun 45 dəqiqə davam etdiyini yazıb. Bundan sonra Tramp Kiyevin Moskva ilə “sövdələşmə” bağlamaq istəyini açıqlayıb və tərəfləri dərhal danışıqlara çağırıb. O, həmçinin xəbərdarlıq edib ki, mövcud vəziyyət “daha böyük və daha pis bir şeyə” çevrilə bilər. “Mən Vladimir (Putini) yaxşı tanıyıram. Onun hərəkət etmək vaxtı idi. Çin kömək edə bilər. Dünya gözləyir”, - deyə ABŞ-ın yeni seçilmiş prezidenti yekunlaşdırıb.
Nigar