"Fənərbaxça" heyətinə yeni oyunçu cəlb edir.
AzxeberSport xəbər verir ki, İstanbul klubu "Sevilya"dan Yussef En-Nesri ilə razılaşıb.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Fənərbaxça" mərakeşli hücumçu üçün İspaniya klubuna 20 milyon avro ödəyəcək.
Qeyd edək ki. Mərakeş millisinin üzvü 2020-ci ildən "Sevilya"da çıxış edir. O, ötən mövsüm komandada ümumilikdə 41 oyuna 20 qol vurub, 3 qol ötürməsi edib.