Ukraynada səfərbərliklə bağlı narahatlıqlar fonunda universitetlərdə tələbələrin yoxlanmasına başlanılıb.
OXU24.COM xəbər verir ki, yaşı 30-dan yuxarı olan bəzi şəxslərin ordudan yayınmaq üçün universitetlərdə qeydiyyatdan keçdiyi bildirilir.
Təhsilin Keyfiyyəti üzrə Dövlət Xidmətinin rəisi Nataliya Vitranyuk bildirib ki, yoxlamalar nəticəsində 20 mindən çox çağırış yaşında olan şəxsin universitetlərdən xaric edildiyini açıqlayıb. 2024-cü ildən isə qanunvericiliyə edilən dəyişikliklərlə yalnız ilk dəfə ali təhsil alanlara ordudan möhlət almaq imkanı veriləcək.