Dekabrın 5-də Bəhreynin paytaxtı Manamada keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün Azərbaycan yığma komandasının idmançısı İsa Rüstəmov (73 kq) körpücük üzərinə çıxıb.
B qrupunda yarışan atletimiz birdən qaldırma hərəkətində 150 kq nəticə göstərərək 4-cü olub. Təkanla qaldırma hərəkətində isə 178 kq ağırlığı başı üzərinə qaldıran Rüstəmov bu dəfə də 4-cü yerdə qərarlaşıb. Təmsilçimiz toplam çəkidə 328 kq (150+178) nəticəyə imza ataraq B qrupunu 4-cü yerdə başa vurub.
Qeyd edək ki, 73 kq çəki dərəcəsində yekun sıralama A qrupunda yarışan idmançıların çıxışlarından sonra bəlli olacaq.
İdmançımız Polşada bürünc medal qazanıb
Aerobika gimnastikası üzrə Azərbaycan birinciliyi keçiriləcək
AAF-nin vitse-prezidenti Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib
Yığmamız çıxışını başa vurdu
Ağırlıqqaldıranımız İspaniyada 9-cu oldu