İtaliyanın "Milan" klubunun futbolçusu Kristian Pulişiç zədə səbəbindən 2024-cü ilin sonuna qədər sıradan çıxıb.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, ABŞ millisinin müdafiəçisi A Seriyasının 15-ci turunun “Atalanta” ilə oyununda (1:2) ayaq əzələsini zədələyib.
O, gələn ilin yanvarında ümumi komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Pulişiç cari mövsüm "Milan"ın heyətində 20 oyuna çıxıb və 8 qol vurub.