AZ

Kloppu təhqir edən hakim vəzifəsindən uzaqlaşdırıldı

"Liverpul" sabiq baş məşqçisi Yürgen Kloppu təhqir edən hakim Devid Kut vəzifəsindən uzaqlaşdırılıb.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə Premyer Liqasında hakimlərin işinə cavabdeh olan Professional Game Match Officials Limited (PGMOL) şirkətinin mətbuat xidməti yayıb.

Daha öncə UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən cəzalandırılan britaniyalı referi son olaraq işindən qovulub.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə 42 yaşlı referinin Kloppu axmaq və təkəbbürlü adlandırdığı video yayılmışdı.

Seçilən
10
7
fanat.az

8Mənbələr