ABŞ Dövlət Departamenti Rusiya hakimiyyətinin 17 nümayəndəsinə viza məhdudiyyəti tətbiq edib.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib.
Buna səbəb kimi onların Ukrayna ilə münaqişə zamanı işğal edilmiş ərazilərdə seçki prosesində iştirakı göstərilib.
Qeyd olunub ki, yerli qanunlara görə, qurumun viza məhdudiyyətlərinə məruz qalan şəxslərin siyahısını açıqlamaq hüququ yoxdur.
Departament söhbətin konkret olaraq hansı seçkilərdən getdiyini açıqlamayıb.