1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rəqqasə Rəna Ağamuradova (Renka) onun adından istifadə edilərək "WhatsApp"da dələduzluq edildiyini bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə rəqqasə "İnstagram" hesabında məlumat yayıb.
O bildirib ki, naməlum şəxs onun adından və fotosundan istifadə edərək tanışlarından ona pul göndərməsini istəyir.
"Dostlar, mənim adımdan pul istəyirlər. Artıq üçüncü şəxsdir ki, mənə zəng edir. Fırıldaqçıdır", - deyə Renka sosial şəbəkədə yazıb.