Ötən gün günorta saatlarında Diyarbəkirin Silvan rayonunda maraqlı hadisə baş verib. Telefon mağazasından çıxan bir şəxs Suriyanın keçmiş Prezidenti Bəşər Əsədə bənzəməsi ilə diqqət çəkib.
Oxu.Az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Telefon mağazasının qarşısında bərbər işləyən Muhterem Tayinmak həmin anları mobil telefonu ilə çəkərək sosial şəbəkədə paylaşıb. Görüntülər qısa müddət ərzində geniş müzakirələrə səbəb olub.