Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, Suriyada 61 illik qanlı Bəəs rejimi və Əsəd ailəsinin 53 illik hakimiyyəti sona çatarkən, Suriya Milli Ordusu (SMO) terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Mənbic rayonunu azad edib və Fərat çayının qərbindəki ən böyük terror yuvasını təmizləyib.
Qeyd edək ki, SMO-nun növbəti hədəfinin terror təşkilatının nəzarətində olan Rakka olacağı bildirilir.