İran Zəngəzur dəhlizi məsələsində Ermənistanın köməyinə gəlməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan deyib.
Onun fikrincə, İran istəsə belə, Paşinyan belə bir dəstəyə imkan verməyəcək.
“Çünki Paşinyan Zəngəzur dəhlizini vermək qərarına gəlib. Hətta azərbaycanlıların burada yaşaması üçün danışıqlar aparır. Artıq Bakının hədəfi təkcə Zəngəzur dəhlizi ilə yekunlaşmır, onlar Qərbi Azərbaycandan bəhs edirlər.
Bakı tələb edir ki, Ermənistan Qərbi Azərbaycan İcması ilə danışıqlara getsin və geri qayıdacaq azərbaycanlıların kənd və şəhərlərə yerləşməsini təmin etsin”, - Baqratyan iddia edib.
Asif