AZ

Suriyada kimyəvi silah problemi: Yanlış əllərə düşə bilər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ-nin Müdafiə Nazirliyi Suriyada kimyəvi silahların mövcudluğu məsələsinə xüsusi diqqət yetirir".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Pentaqon rəsmisi Sabrina Sinq jurnalistlər üçün brifinqdə bildirib.
Onun sözlərinə görə, ABŞ-nin məqsədi kimyəvi silahların mülki əhaliyə, ABŞ qüvvələrinə və ya regiondakı tərəfdaşlarına qarşı istifadə etmək istəyənlərin əlinə keçməsinin qarşısını almaqdır.
Sinq vurğulayıb ki, Pentaqon Suriyada kimyəvi silahların mövcudluğundan xəbərdardır və onun istifadəsinin qarşısını almaq üçün yerli tərəfdaşları vasitəsilə hərəkət etmək niyyətindədir.
"Bu məsələdə təcrübəmiz var və bu silahların yanlış əllərə düşməməsi üçün yerli tərəfdaşlarımız vasitəsilə hərəkət edirik", - deyə Pentaqon nümayəndəsi bildirib.
Seçilən
14
50
oxu.az

10Mənbələr