Dekabrın 10-da Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin, Hüquq və İnsan Haqları İnstitutunun və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş tədbir keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, tədbirdə Ombudsman Aparatının, BMT agentliklərinin, ali təhsil müəssisələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı açılış nitqi ilə çıxış edərək, cari il 75-ci ildönümünün qeyd olunduğu Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin insan hüquq və azadlıqlarının inkişafı, təşviqi və müdafiəsi istiqamətində əhəmiyyəti barədə məlumat verib.
Müvəkkil hazırda dünya ictimaiyyətinin insan hüquqlarının kütləvi pozulması biganə qaldığını, Azərbaycan da bu kimi ikili standartlar əziyyət çəkən ölkələrdən biri olduğunu qeyd edib.
Səbinə Əliyeva Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxın dövür ərzində Ermənistan tərəfindən işğal altında saxlandığını, həmin ərazilərdə şəhər və kəndlərin, tarixi, mədəni abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edildiyini, torpaqlarımızın minalarla çirkləndirildiyini diqqətə çatdırıb.
Ombudsman cari ildə insan hüquqlarının, xüsusilə də sağlam ətraf mühitdə yaşamaq hüququnun müdafiəsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini qeyd edib.
Ölkəmizin BMT-nin iqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etdiyini bildirən Müvəkkil bu çərçivədə Ombudsman aparatı tərəfindən Ombudsman Beynəlxalq Bakı Forumunun, eləcə də "İnsan hüquqları əsaslanan iqlim ədaləti: Milli İnsan hüquqları institutlarının rolu" mövzusunda interaktiv keçirildiyini söyləyib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkili tərəfindən "İqlim dəyişikləri və insan hüquqları" mövzusunda elan olunmuş jurnalist yazı və uşaq rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.