AZ

ABŞ və Türkiyədən kritik Suriya Görüşü: Türkiyə imkan verməyəcək

Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə telefon danışığı aparıb.

Milil.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar Suriyadakı son hadisələri müzakirə ediblər.

Kritik görüşdə nazir Fidan Suriyanın ərazi bütövlüyü və siyasi birliyinin əhəmiyyətini vurğulayıb.

Fidan amerikalı həmkarı Blinkenə "Türkiyə terror təşkilatlarının Suriyadakı vəziyyətdən istifadə etməsinə heç vaxt icazə verməyəcək" sözlərini deyib.

Hakan Fidan Suriyaya humanitar yardımların fasiləsiz çatdırılması üçün səylərin göstərilməli olduğunu da bildirib.

Nərmin
Milli.Az

Seçilən
12
43
milli.az

10Mənbələr