Almaniyanın "Bild" qəzeti növbəti dəfə "Nürnberq"in və Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin açıqlamasına yer verib.
QOL.az xəbər verir ki, 27 yaşlı futbolçu qış fasiləsinə qədər keçiriləcək iki oyundan danışıb:
“Həqiqətən də rahat bir tətil keçirmək üçün xeyli sayda xal qazanmaq lazımdır. Qarşıdakı iki oyunda qalib gəlməliyik. Bunun üçün mübarizə aparacağıq. “Fyurt”la oyundan əvvəl də ("Nürberq" 4:0 hesablı qələbə qazanıb -red.) hər şey bizim üçün o qədər asan deyildi, amma biz bunu bacardıq”.
Qeyd edək ki, "Nürnberq" dekabrın 15-də 16-cı turda "Köln"lə qarşılaşacaq. Dekabrın 21-də isə komanda "Ayntraxt"ı (Braunşveyq) qəbul edəcək.