AZ

Banklara dollar SATILDI: 65,3 milyon

10 dekabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.

Milli.Az xəbər verir ki, hərracda tələb 65,3 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub.

Hərracın ortaçəkili məzənnəsi 1,7000 manat təşkil edib.

Xatırladaq ki, 05 dekabr 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracında tələb 58,7 milyon ABŞ dolları təşkil etmiş və tam təmin olunmuşdu. 

İnqilab Məmmədov
Milli.Az

Seçilən
6
9
milli.az

10Mənbələr