AZ

Azərbaycan millisinin müdafiəçisi 3 illik müqavilə imzaladı

Azərbaycan millisinin futbolçusu Anton Krivotsyuk “Tedjon Xana Sitizen” ilə müqavilənin müddətini uzadıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Cənubi Koreya klubunun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub.

Krivotsyuk “Tedjon Xana Sitizen”in mətbuat xidmətinə açıqlama da verib:

"Müqavilə müddətini yenilədiyim üçün çox şadam. Ailəmə və hər şeyə görə Allaha təşəkkür edirəm. Növbəti mövsüm liqada ən yaxşı Antonu görəcəksiniz".

Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir.

Seçilən
20
5
sportinfo.az

7Mənbələr