AZ

Zeynəb Xanlarovadan Yeni il SÜRPRİZİ

Azərbaycanın Xalq artisti, keçmiş deputat, 88 yaşlı məşhur müğənni Zeynəb Xanlarova bu il dekabrn 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə bağlı Dövlət Televiziyasında (AzTV) yayımlanacaq konsert proqramında çıxış edəcək.

Modern.az-ın məlumatına görə, Zeynəb Xanlarova AzTV-dəki çəkilişlərin məşqlərinə qatılıb.

Xatırladaq ki, Zeynəb Xanlarova ötən il də AzTV-dəki konsert proqramında çıxış etmişdi.

Zeynəb Xanlarova sonuncu dəfə ictimaiyyət arsına bu ilin mayında Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı zamanı çıxıb.

Xalq artisti "Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışında mahnı da ifa edib.

Zeynəb Xanlarova 1936-cı il dekabrın 28-də Bakıda dünyaya göz açıb.

Orta təhsilini 161 saylı orta ümumtəhsil məktəbində alıb. 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini və 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib. Xalq artisti 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Zeynəb Xanlarova həm də uzun illər Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2020-ci ilə kimi deputat mandatı gəzdirib.

1996-cı ildə “Şöhrət” ordeni, 2006-cı ildə “İstiqlal” ordeni, 2016-cı ildə “Heydər Əliyev” ordeni ilə təltif edilib.

A.Qorxmaz

Seçilən
2
50
modern.az

10Mənbələr