AZ

Əmək hüquqları pozuldu, yüksək məbləğdə cərimə cəzası kəsildi

“Creative and İnnovative Solutions” MMC cərimələnib.

Turanpress.org xəbər verir ki, Pravda.az-ın xəbərinə görə, Nəsimi Rayon Məhkəməsində hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

Xatırlatma: Protokol Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Seçilən
15
30
turanpress.com

10Mənbələr