Müəllif:Ayşən İmanova/Banco.az
Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biri olan Amerikanın “Oracle” korporasiyası 2025-ci maliyyə ilinin ikinci rübündə xalis mənfəətini 26%, gəlirini isə 9% artırıb.
Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.
Məlumata görə, xalis mənfəət əvvəlki maliyyə ilinin müqayisəli dövründəki 2,5 milyard dollara qarşı 3,15 milyard dollar təşkil edib. Səhm üzrə mənfəət 0,89 dollardan 1,1 dollara yüksəlib.