Dünən güneyli milli fəallar Şəbüstər şəhərinin Nadarlı kəndində Azərbaycan Milli Hökumətinin yaradılmasının 79-cu il dönümü (21 Azər Hərəkatı – 1945-ci il 11 dekabr) ilə bağlı aksiya keçirərək divarlara vərəqələr yapışdırıblar.
Bizim.Media xəbər verir ki, bu barədə "Araz News" nəşri yazıb.
Mənbə qeyd edir ki, aksiya 1945-ci ildə qurulan və bir il fəaliyyət göstərən Cənubi Azərbaycan Milli Hökumətinin xatirəsini yaşatmaq məqsədi ilə təşkil edilib.
Milli fəallar divarlara bu məzmunda vərəqələr yapışdırıblar: “21 Azər - Milli Dövlətçilik Günü qutlu olsun!”, “Güney Azərbaycan İran deyil!”.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta