Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində həqiqətən də nüvə silahının olduğunu təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı Borisovda “POZSNAB” MMC-nin işçilərinin suallarını cavablandırarkən deyib.
"Mən bura ondan çox nüvə başlığı gətirmişəm. Çoxları yazır ki, biz heç nə gətirməmişik. Onları bura necə gətirdiyimizin fərqinə varmayıblar", - deyə Belarus lideri bildirib.
Lukaşenko Belarusda böyük gücə malik Rusiyanın “Oreşnik” raket kompleksinin yerləşdirilməsi planları ilə bağlı sualı cavablandırarkən deyib: "Əgər nüvə silahından istifadə edilirsə, bu, böyük məsuliyyətdir, ən azı, Xirosima və Naqasakidən sonra heç kim nüvə silahının düyməsini basmayıb".
Ağarza Elçinoğlu