Bakı, 10 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Zaur İbrahimov Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində təşkil edilən Asiya və Sakit okean ölkələri üzrə Regional Sosial Təminat Forumunda iştirak edib.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, forum çərçivəsində Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) ilə ISSA arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Eyni zamanda, 2012-ci ildə BPSFA ilə ISSA arasında imzalanmış Anlaşma Memorandumunun qlobal miqyasda sosial təminat sisteminin günün müasir tələblərinə uyğun dinamik inkişafı ilə əlaqədar yenilənməsi məsələsi də müzakirə edilib.