AZ

Koreya klubu Azərbaycan millisinin üzvü ilə bağlı qərar verdi

Azərbaycan millisinin üzvü Anton Krivotsyuk Cənubi Koreyanın “Tedjon Xana Sitizen” klubu ilə müqavilənin müddətini uzadıb.

Publika.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin yeni sözləşməsi 2027-ci ilin sonunadək qüvvədə olacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Anton Krivotsyuk 2023-cü ilin fevralından Cənubi Koreya təmsilçisində çıxış edir.

Seçilən
5
2
publika.az

7Mənbələr