İspaniya Kubokunun 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, “Real” və “Barselona”nın rəqibləri IV liqa klubları olub. Kataloniya təmsilçisi “Barbastro”yla, Madrid klubu isə “Deportivo Minera” ilə üz-üzə gələcək.
Turnirin bu mərhələsinin oyunları 2025-ci il yanvarın 4 və 5-də baş tutacaq.
İspaniya kubokunun qalibi titulunu ötən mövsümün finalında “Malyorka”ya qalib gələn (1:1, penaltilər 4:2) “Atletik” qoruyur.