AZ

Türkiyədən Tacikistana kimyəvi maddə məhsulları ixracı 3,6 % azalıb

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyədən Tacikistana kimyəvi maddə məhsulları ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq 58 milyon 935 min 74 dollar olub.

Fins.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyi məlumat verib.

Nazirlikdən bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyə Tacikistana 7 milyon 457 min 96 dollar dəyərində kimyəvi maddə məhsulları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 23,5 faiz azalma təşkil edir.

Eyni zamanda, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin ümumi kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 28 milyard 147 milyon 342 min dollara çatıb.

2024-cü ilin noyabr ayında isə Türkiyə 2 milyard 535 milyon 204 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 11,1 faiz azalma göstərir.

Qeyd edək ki, son 12 ay ərzində (noyabr 2023 - noyabr 2024) Türkiyə ümumilikdə 30 milyard 843 milyon 824 min dollar dəyərində kimyəvi məhsul ixrac edib.

Fuad Mədətov
Fins.az

Seçilən
4
24
fins.az

10Mənbələr