"Liverpul"un hücumçusu Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.
QOL.az xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən bu ada layiq görülüb.
Salahla birlikdə ən yaxşı adına Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedro (“Brayton”) da namizəd olub.
Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.