Rusiya prezidenti Vladimir Putin ölkənin rəqəmsallaşma sahəsində texnoloji sıçrayış edə biləcəyinə əminliyini bildirib. O, əvvəlcə Rusiyanı cilovlamağa yönəlmiş sanksiyaların da buna töhfə verdiyini vurğulayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya liderinin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasındakı çıxışını TASS yayıb.
"Bu gün bizdə bu məqsədə çatmaq üçün lazım olan hər şey var: fərdiləşdirilmiş ali təhsil sistemi, unikal kadrlar, xarici analoqları qabaqlayan öz platforma həllərimiz, həmçinin İT şirkətləri və mütəxəssisləri üçün üstünlüklər", - prezident deyib.
Onun sözlərinə görə, Rusiyanın inkişafını məhdudlaşdırmalı olan sanksiyalar yerli proqram təminatının sürətlə yaradılması və tətbiqi üçün stimul oldu.
Putin qeyd edib ki, rəqəmsallaşma məsələlərində insan hüquqlarının qorunması, şəxsi həyatın toxunulmazlığı və insan ləyaqətinə hörmət mühüm prioritet olaraq qalır: "Bu sahədə qanunvericiliyi sadələşdirmək, dövlətdən tutmuş istifadəçilərə qədər bütün iştirakçıların hüquq və vəzifələrini dəqiq müəyyən etmək, şəffaf və başa düşülən rəqəmsal mühit yaratmaq lazımdır".
Ağarza Elçinoğlu