Suriyada müvəqqəti hökumətə yeni rəhbər təyin edilib.
Modern.az-ın məlumatına görə, sözügedən vəzifəyə “Həyat Təhrir əl-Şam” qruplaşmasının lideri Əbu Məhəmməd əl-Culaninin müttəfiqi Məhəmməd əl-Bəşir gətirilib.
O, keçid hökumətinin prioritetlərinin “təhlükəsizlik sektorunda nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi” olduğunu bildirib.
Məhəmməd əl-Bəşir İdlib əyalətini idarə edən Suriya Xilas Hökuməti adlanan quruma rəhbərlik edib.
“Bizə 2025-ci il martın 1-dək Suriya hökumətinin işlərini idarə etmək tapşırılıb”, – Məhəmməd əl-Bəşir müraciətində bildirib.
"Cebheinfo.az"