AZ

"Ukraynada atəşkəs bu tarixdə olacaq"

Ukrayna prezidenti Vladimir Zelenskinin keçmiş müşaviri Aleksey Arestoviç Ukraynada atəşkəs haqqında sazişin 2025-ci il yanvarın 25-də imzalana biləcəyini güman edir.

Milli.Az xəbər verir ki, Arestoviç bu barədə "Strana.ua"-ya deyib.

Onun sözlərinə görə, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inaqurasiyadan dərhal sonra - yanvarın 20-21-də münaqişənin aktiv fazasını dayandırmağı təklif edə bilər.

Xatırladaq ki, Tramp dəfələrlə Ukraynada müharibəni 24 saata bitirməyə qadir olduğunu bəyan edib.

Tramp dünən Rusiya prezidenti Putinin uduzduğunu güman etməli olduğunu bildirib. Deyib ki, Zelenski bazar günü onunla görüşdə sülh vaxtının çatdığına işarə edib. /Modern.az

Milli.Az

Seçilən
13
50
milli.az

10Mənbələr