AZ

Çimərliklərdə bu saç düzümləri dəbdədir

Tətil planı quran qadınların ən çox araşdırdıqları mövzulardan biri də dənizə gedərkən edilə biləcək saç düzümləridir. Çünki dəniz suyu saçların tam görünüşünü pozduğu halda, boyanmış saçların köhnəlməsinə səbəb olur. Bu vəziyyətin qarşısını almaq üçün müxtəlif üsullar tətbiq edib dənizdə saçlarınızı çox qəşəng göstərə bilərsiniz. Bu yay trend olan çimərlik saç düzümlərindən xəbərdarsınız?

Çimərlikdə günəşlənərkən və dənizdə çimərkən saçlarınızın təsirli görünməsi üçün;

Çimərliklərdə festival ab-havası hiss olunur. Dağınıq saç modelləri dəbdədir. Saç tərzini tamamlayan aksesuarlar isə bandana, sırğalar və dəniz ulduzlarıdır.

Çimərlik saç düzümü

Dəniz mövsümü açıldıqdan sonra çimərliklərdə canlanma yarandı. Çimərlikdə öz stili ilə fərqlənmək istəyənlər dəbə üstünlük verdilər. Yeni dəb sayılan çimərlik saç modelləri arasında bohem, dağınıq saçlar, uzun hörüklər, aksesuarlardan isə dəniz ulduzları və saç sırğaları yer alır.

Ötən yay çimərliklərdə möhkəm yığılmış qotazlar dəbdəydi. Bunların əvəzinə yarımçıq qotazlar və üstünə keçirilmiş bandanalar dəbdə olacaq. 90-cı illərdə məşhur olan çoxrəngli bandanalar bu yay çimərliklərdə ön plana çıxacaq. Bundan savayı, iri sırğalar, şapkalar və dəniz ulduzları da çox istifadə olunacaq.

Hörülmüş saçlar çimərlik üçün ideal seçimdir

Hörülmüş saçlar

Qadınların gündəlik həyatda istifadə etdiyi hörüklər çimərliklər üçün də əsas seçimlərdən biri olacaq. Bütöv hörüklər, yarım yığılmış saçlar arasında yığılan hörüklər və onlara keçirilən aksesuarlar qadınları bir addım önə çıxaracaq. Hər qadına yaraşacaq saç düzümlərindən biri olan hörüklər orta və uzun saçlara daha çox yaraşır.

Saç hörüklərini canlı saxlamaq üçün aksesuardan istifadə etmək vacibdir. Məsələn, saçları hörərkən hörüyün içərisinə saç ipləri qoyub hörüyü tamamlamaq olar. Həmçinin, dağınıq hörükləri saç sırğaları və muncuqlarla xoş görüntülü etmək mümkündür.

Bu il bir çox məşhurda görülən festival saçları adlandırılan saç modelləri də çimərliklərdə göz oxşayacaq. Xüsusilə, saçların arasında istifadə edilən balıqqulağı, dəniz ulduzu formasındakı saç aksesuarları saçlara əlavə gözəllik verəcək. Müxtəlif rəngli saç iplərinə də üstünlük veriləcək.

At quyruğu modeli

At quyruğu modeli

Dəniz kənarında və üzgüçülük zamanı ən çox istifadə edilən saç düzümü at quyruğu modelidir. Saçların arxadan bağlandığı bu modeldə hündürlüyü özünüz təyin edə bilərsiniz. Çox gözəl görünən bu model yaş saçlarda çox daha diqqət çəkən görünüş təmin edir. Bağladıqdan sonra dibində açıq qalan saçlarınızı hörərək də istifadə edə və fərqli model yarada bilərsiniz. Boyundan, qulaq məməsindən, göz hizasından və alın səviyyəsindən bağlayacağınız saçlarla sahildə və dənizdə çox gözəl ola bilərsiniz.

Yazar: İlk yazar

Seçilən
26
ilk.az

1Mənbələr