İranda daha bir şəxs siyasi ittihamla həbs edilib.
İranda Hüquq Müdafiəçilərinin media orqanı "HRANA"nın xəbərinə görə, Kamal Cəfəri Yəzdi Məşhəd şəhərində ETTELAAT (Kəşfiyyat İdarəsi) məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb.
Kamalın ailəsinə yaxın mənbə bildirib ki, məmurlar onu şəxsi evində tutub və evi axtararkən telefonunu da müsadirə ediblər.(Azad İran)