2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Qırğızıstana hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz azalaraq, 169 milyon 122 min dollara çatıb.
Fins.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Ticarət Nazirliyinə istinadən yayıb.
Noyabr ayında isə Türkiyə Qırğızıstana 12 milyon 964 min dollar dəyərində hazır geyim ixrac edib ki, bu, keçən ilin noyabr ayına nisbətən 34,4 faiz azalma deməkdir.
Eyni zamanda, ümumi hazır geyim ixracı üzrə məlumatlar da paylaşılıb. Belə ki, 2024-cü ilin yanvar-noyabr dövründə Türkiyə ümumilikdə 16 milyard 661 milyon 719 min dollar dəyərində hazır geyim məhsulları ixrac edib ki, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz azdır.
Noyabr ayında isə ümumi ixrac 1 milyard 489 milyon 931 min dollar təşkil edib ki, bu, keçən ilin eyni dövrünə görə 4,3 faiz artım deməkdir.
Son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyənin ümumi hazır geyim ixracı 18 milyard 111 milyon 716 min dollar olub.
Fuad Mədətov
Fins.az