Ötən gün Bakıda Pakistan vətəndaşı vəfat edib.
Bakupost.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Saqlain Muhammad Şafi oğlu ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı evin hamam otağında səhhətinin anidən pisləşməsi nəticəsində ürək çatışmazlığından ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.