ABŞ Rusiyanın Dnepropetrovskdakı hərbi obyektə qarşı “Oreşnik” raketindən istifadə etməsinə cavab olaraq B-61 nüvə bombalarını Polşa və ya Ukraynaya ötürə bilər.
Editor.az bu barədə “National Interest” jurnalına istinadla yazır. “Qərbin NATO üzvü olmayan Ukraynada nüvə silahının quraşdırılmasına və ya daha pisi, onların Ukraynaya ötürülməsinə icazə verməsi fikri əslində ağılsızlıqdır. Təəssüf ki, Ukraynadakı müharibənin təkamülünü nəzərə alsaq, bunu istisna etmək olmaz. Birləşmiş Ştatlar polyaklara və ya ukraynalılara verilə bilən çoxlu güclü nüvə silahlarına malikdir, lakin B-61 nüvələri yəqin ki, ən yaxşı seçimdir”.
NI xatırladır ki, B-61 bombaları illər ərzində Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədə yerləşdirilib.
//Gülnarə Abasova, Editor.az