AZ

Nazir müavini: Azərbaycanda radioyayım sahəsinin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycanda radioyayım sahəsinin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov dekabrın 11-də Bakıda keçirilən “Azərbaycan Respublikasında radioyayımın dünəni, bu günü və sabahı” mövzusunda seminarda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, hazırda Azərbaycanda 127 ədəd yeni tezliklər qeydə alınıb və Beynəlxalq Telekommunikasiya İttifaqının reyestr xidmətinə qeydiyyat üçün müraciət olunub.

“Son illərdə bu sahədə bir sıra işlər görülüb. 1996-2023-cü illər ərzində Azərbaycanda 117 FM stansiya istismara verilibsə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” 2023-cü il 24 iyul tarixli Sərəncamının icrası nəticəsində bu radioötürücülərin sayı 124 ədədə çatdırılıb.

Ötən dövr ərzində 52 ədəd radioötürücü yenilənib, nəticədə onların sayı 2 dəfə artırılıb”, - deyə nazir müavini əlavə edib.

 

Seçilən
10
3
azertag.az

10Mənbələr