AZ

Suriyadan sonra İsrail yaxın aylarda İraq və İrana hücum etməyi planlaşdırır

Suriyadan sonra İsrail hakimiyyəti yaxın aylarda İraq və İrana hücum etmək istəyir...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi İranın keçmiş vitse-prezidenti və İslam İnqilabı Keşikçiləri Korpusunun veteranı Möhsün Rezaiyə istinadən məlumat yayıb.

Möhsün Rezainin sözlərinə görə, İsrail Qəzza zolağından başlayıb, sonra Livan və Suriyanı işğal edib.

“Gələcək aylarda onlar İraqa hücum etmək niyyətindədirlər və İrana hücumları davam etdirmək arzusundadırlar”, deyə Rezai Bloomberg-ə bildirib.

Qeyd edək ki, Suriyada Əsəd rejiminin devrilməsindən sonra İsrail hərbiçiləri Qolan təpələrinin arxasındakı bufer zonanı işğal edib. Həmçin İsrail təyyarələri Suriyanın bütün hərbi bazalarını bombardman edərək bu ölkənin hərbi potensialını məhv edib.

Poliqon.info

Seçilən
9
10
poliqon.info

10Mənbələr