Azərbaycanda radioyayım sahəsinin əhatəsinin genişləndirilməsi nəzərdə tutulur.
Yenicag.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.
Nazir müavini bildirib ki, hazırda Azərbaycanda 127 ədəd yeni tezliklər qeydə alınıb və Beynəlxalq Telekommunikasiya İttifaqının reyestr xidmətinə qeydiyyat üçün müraciət olunub.
“Son illərdə bu sahədə bir sıra işlər görülüb. 1996-2023-cü illər ərzində Azərbaycanda 117 FM stansiya istismara verilibsə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında” 2023-cü il 24 iyul tarixli Sərəncamının icrası nəticəsində bu radioötürücülərin sayı 124 ədədə çatdırılıb. Ötən dövr ərzində 52 ədəd radioötürücü yenilənib, nəticədə onların sayı 2 dəfə artırılıb”.