AZ

Azərbaycan və Türkiyə liderlərindən dünyaya Suriya MESAJI


Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. İki lider Suriya məsələsini müzakirə ediblər. Öncə qeyd edək ki, indiki məqamda heç şübhəsiz ki, iki liderin telefon əlaqəsi Suriya, Cənubi Qafqaz və Yaxın Şərq regionunda baş verən proseslərin müzakirəsi baxımından xüsusi önəm daşıyır.

Aydındır ki, hər iki lider hər zaman humanitar dəstək, sülh, sabitlik mövzusunda dünyaya nümunə olacaq strategiya tətbiq edib, siyasət ortaya qoyublar.

Azərbaycanın və Türkiyənin mövqeyi bundan ibarətdir ki, Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Suriyadakı müzakirələr: Yeni dövrə ümid

Qeyd etdiyimiz kimi Azərbaycan və Türkiyə liderləri bütün məsələlərdə hər zaman sağlam yanaşma sərgiləyir. Bu da ondan irəli gəlir ki, hər iki liderin baza prinsipləri var. Onlar dünyadakı gərginliklərin qarşısını çox strateji formada, sağlam siyasətlə almağa çalışıblar. 

 

Bu məsələdə də telefon danışığı zamanı prezidentlər Suriya üzərində dayanaraq, Bəşər Əsəd rejiminin çökməsindən sonra meydana çıxan yeni siyasi və humanitar şəraitə dair fikir mübadiləsi aparıblar. Hər iki lider Suriya xalqının çətin dövrlərdən keçdiyini vurğulayaraq, ölkənin ərazi bütövlüyünə və suverenliyinin qorunmasının vacibliyini qeyd ediblər.

Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitliyin yeni bir dövrü başlaya biləcək. O, həmçinin Azərbaycanın qardaş Türkiyə ilə birgə Suriya xalqının qarşılaşdığı humanitar problemlərin həll edilməsi istiqamətində təşəbbüs irəli sürməyə hazır olduğunu vurğulayıb.

 

Türkiyə və Azərbaycanın humanitar yardım fəaliyyətləri

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin həm humanitar yardım, həm də siyasi sahədə Suriyaya dəstək göstərməkdə davam etdiyini bildirərək, bu prosesdə Azərbaycanın yaxın şərik kimi rol oynayacağının çox vacib olduğunu qeyd edib. O, iki dost və qardaş ölkənin Suriya xalqına dəstək fəaliyyətlərini koordinasiya edəcək birgə çıxışlarla həyata keçirə biləcəyini vurğulayıb.

Həmçinin qeyd edilib ki, hər iki ölkə Suriya xalqının humanitar ehtiyaclarını qarşılamaq, mühacir problemlərini həll etmək və regionda davamlı sülhün bərqərar olunması üçün şərtləri yaratmaq öhdəliyini öz üzərinə götürüb.


1733746812.jpg (70 KB)

Cənubi Qafqazda çətin geosiyasi şərait və Yaxın Şərq regionunda davam edən proseslər fonunda, Azərbaycan və Türkiyənin strateji təşəbbüslərinin birləşməsi bir daha ortaya qoyulub. İki ölkə liderinin Suriya şəraitində ortaq siyasi və humanitar yanaşması, dostluq və qardaşlıq əlaqələrinin mükəmməl örnəyi kimi qiymətləndirilir.

Ekspertlər bildirirlər ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya məsələsində həyata keçirəcəyi birgə addımları, bu iki ölkənin regionda barış və sabitliyə verdiyi xüsusi töhfə kimi qiymətləndirilir. Həm humanitar yardım fəaliyyətləri, həm siyasi və iqtisadi bərpa tədbirləri hər iki liderin liderlik bacarıqlarını və xalqlara olan sadiqliyini bir daha təsdiqləyir.

Dekabrın 10-da Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir.

447eb090-9537-38e2-ad5c-c7a886e3.jpg (135 KB)

“Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır".

Təbii ki, Azərbaycanın bu məsələdə ortaya qoyduğu mövqe təkcə qardaş ölkə tərəfindən deyil, eyni zamanda dünya tərəfindən də yüksək qiymətləndirilməlidir. Azərbaycan hər zaman sülhdən, sabitlikdən yana olub. Bunu istər Qarabağ məsələsində, istərsə də dünyadakı müharibələr fonunda sərgilədiyimiz mövqeyimizlə dəfələrlə göstərmişik.

Əli Rais,

Musavat.com 


Seçilən
2
50
nuh.az

10Mənbələr