Bakı. Trend:
Bu gün Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında təmir,yenidənqurma işləri ilə əlaqədar elektrik xətləri sifarişə əsasənaçılacaq.
Trend xəbərverir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi(ETSİ) ərazisində 110/35/6 kV-luq “ETK 4” yarımstansiyasındaaparılan təmir işləri ilə əlaqədar saat 11:00-dan saat 14:00-dəkBinəqədi kəndində, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi(RETSİ) ərazisində aparılan təmir işləri ilə əlaqədar saat10:00-dan saat 14:00-dək Elşən Mehdiyev, İvan Anaşkin, İnqilab,Lətif Sultanov və Bəşir Bünyadov küçələrində, Suraxanı RETSİ-nədaxil olan transformator məntəqəsində həyata keçirilən yenidənqurmaişləri ilə əlaqədar saat 10:00-dan saat 15:00-dək Qaraçuxurqəsəbəsinin Vağzal və Kərəm İsmayılov küçələrində elektrikenerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma və təmir işləri başa çatdıqdan sonra sözügedənərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.