“Liverpul” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda “Jirona”nı məğlub edib – 1:0.
Futbolpress.az xəbər verir ki, Mersisayd təmsilçisinin yeganə qolunu 63-cü dəqiqədə penaltidən Məhəmməd Salah vurub. Bu, onun “Liverpul” formasıyla turnirdəki 50-ci qolu olub.
Salah “qırmızılar”la avrokuboklarda 50 qola çatan ilk oyunçu olub.
“Liverpul” 6 turdan sonra 18 xalla birinci sıradadır.