AZ

Keçmiş müdafiə naziri intihara cəhd edib – Həbsxanada özünü kəndirlə asıb...

Cənubi Koreyanın keçmiş müdafiə naziri Kim Yong Hyun saxlandığı Seul təcridxanasında intihara cəhd edib. O, ölkədə qanunsuz hərbi vəziyyətin tətbiqi ilə bağlı aparılan istintaqla bağlı saxlanılıb. Bundan əvvəl məhkəmə Kim Yon Hyun barəsində həbs qərarı çıxarmışdı.

“Yonhap” xəbər agentliyinin məlumatına görə, keçmiş nazir alt paltarından düzəltdiyi kəndirlə özünü asmağa cəhd edib.

“İndi o, “mühafizə kamerasında”dır və səhhəti üçün təhlükə yoxdur”, - xəbərdə qeyd olunur.

Kim Yong Hyunla bağlı təhqiqat Təhlükəsizlik İstintaq Qrupu tərəfindən aparılır. O, əvvəllər Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsindəki roluna görə vətənə xəyanətdə və qiyamda ittiham olunub. Keçmiş nazir xalqdan üzr istəyib və dekabrın 4-də istefa verib. Kim vəkilləri vasitəsilə bu vəziyyətə görə bütün məsuliyyətin yalnız onun üzərində olduğunu və tabeliyində olanların sadəcə əmrləri yerinə yetirdiyini söyləyib.

“Yonhap” xəbər verir ki, çərşənbə günü, dekabrın 11-də polis prezident Yoon Seok-yeolun ofisində, Milli Polis Agentliyində, Seul Polisində və Milli Assambleyanın Təhlükəsizlik Xidmətində axtarışlar aparıb. AFP xəbər verir ki, axtarışları hərbi vəziyyət hadisələrini araşdırmaq üçün yaradılmış xüsusi istintaq qrupu həyata keçirib.

“AzPolitika.info”

Seçilən
26
azpolitika.info

1Mənbələr