Suriyadakı silahlı müxalifət ölkənin şimal-şərqində yerləşən Deyr əz-Zor şəhərini, o cümlədən onun ətrafında yerləşən Suriya Hərbi Hava Qüvvələrinin aerodromunu tamamilə nəzarətə götürüb.
Bu barədə Hərbi Əməliyyatlar İdarəsi (silahlı birləşmələrin rəhbər orqanı) özünün Telegram kanalında məlumat yayıb.
"Deyr əz-Zorun şərq və qərb ətrafının azad edilməsindən və rejim qüvvələrinin və İran silahlılarının oradan qaçmasından sonra biz Deyr əz-Zor şəhərinin və onun aerodromunun tamamilə azad edildiyini elan edirik", - bu barədə müxalifətin vahid komandanlığ departamenti polkovnik-leytenant Əbdül Qani Həsəndən sitat gətirir.
Almaz Həsənli