AZ

DSMF-nin xərcləri 14 faiz və ya 743 mln. manat artaraq 6 mlrd. 299 mln. manat təşkil edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 11 ayında proqnozla müqayisədə 4 faiz və ya 233 mln. manat çox olmaqla 6 mlrd. 288 mln. manat təşkil edib.

 

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 211 mln. manat artaraq 5 mlrd. 124 mln. manat olub.

 

Yanvar-noyabr aylarında DSMF-nin xərcləri 6 mlrd. 299 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 743 mln. manat çoxdur.

 

 

Seçilən
6
14
qht.az

10Mənbələr