AZ

Elçibəyin evi qarət olunub – KİV


Sabiq prezident Əbülfəz Elçibəyin Rəsulzadə qəsəbəsi, Əlixanov küçəsi, 38 ünvanında yerləşən evinin qarət olunduğu bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakupost.az -a mərhum prezidentin yaxınları məlumat veriblər.
Bildirilib ki, evdən kombi və bir sıra əşyalar aparılıb.
Qeyd olunub ki, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Əməliyyat nəticəsində oğurluq etməkdə şübhəli bilinən Saatlı rayon sakini Səmid Cəfərov saxlanılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə (oğurluq) cinayət işi başlanıb.
Seçilən
1
50
yeniavaz.com

10Mənbələr